“Çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq cari ildə çimərliklərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyət çərçivəsinə daxil olan bütün monitorinqlər həyata keçirilir və lazımi gigiyenik tədbirlər görülür”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
“Yaxın vaxtlarda gigiyenik tələblərə uyğun olan çimərliklərin rəsmi siyahısı tərtib olunaraq ictimaiyyətə açıqlanacaq”, – deyə nazir qeyd edib.
Könül Cəfərli
www.102info.az