“Qobu Park”da su problemi bitmir – Qurum nə deyir?

Cəmiyyət

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” və “Qobu Park 3” yaşayış komplekslərində içməli suyun verilməsində problemlər var.

Orada yaşayan sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, ötən gün günorta saatlarından suyun verilməsində ciddi problemlər yaranıb. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında binada suyun olmamasını təsdiqləyib:

“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” və “Qobu Park 3” yaşayış komplekslərində su verilişi dayandırılıb. Anbara su toplanır, nasos stansiyası işə salınacaq”.

Qeyd edək ki, sözügedən ərazidə suyun verilməsi ilə bağlı tez-tez problemlər yaşanır.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir