Baş prokuror Şəmkir rayonunda vətəndaşları qəbul etmişdir

Hüquq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
İyunun 7-də Baş prokuror Kamran Əliyev Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.
Qəbulda iştirak edən 30 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Qəbuldan sonra Baş prokuror Gədəbəy və Daşkəsən rayon, eləcə də Şəmkir hərbi prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir