Azərbaycanda daha bir 16 yaşlı qızın toyu ləğv edildi – FOTO

Cəmiyyət

Qazax rayonunda erkən nikah bağlanılmasına cəhd edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb. 

Belə ki, yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıblar. Hər iki tərəfin valideynləri  ilə profilaktik söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər”.

Qeyd edək ki, bu gün Sabirabadda 16 yaşlı qızın nəzərdə tutulan toy mərasimi də ləğv edilib.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir