12 yaşlı Fərhadın həyatını yalnız bir dərman xilas edə bilər – FOTO

Cəmiyyət

12 yaşlı Fərhadın sizin köməyinizə ehtiyacı var.

Oxu.Az-la əlaqə saxlayan Zeynallı Fərhadın anası onun 2016-cı ildən leykoz xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Fərhad beş il Azərbaycanda müalicə alıb, lakin xəstəlik təkrar özünü büruzə verib.

Uşaq doqquz aydır, Türkiyədə müalicə alır. O, iki dəfə əməliyyat olunub. 12 yaşlı Fərhada sümük iliyi köçürülüb və hazırda onun həyatı üçün vacib olan bir dərmana ehtiyacı var.

Sözügedən dərmanın qiyməti 30 min dollardır və ailənin bu məbləği qarşılamağa imkanı çatmır.

Biganə qalmayaq və Fərhada yardım edək. Yardım etmək istəyənlər 050 823 41 43 ( Mirsələm Zeynalova, Fərhadın anası) nömrəsi ilə əlaqə saxlaya və ya bank hesabı vasitəsilə kömək ola bilərlər.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir