Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü

Cəmiyyət

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən binada yaşayan 2005-ci il təvəllüdlü A.Salahova yaşadığı mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, A.Salahova epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir