Respublika Narkoloji Dispanserində ölüm hadisəsi baş verib

Cəmiyyət

Respublika Narkoloji Dispanserində ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, səhər saat 5 radələrində Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə olunan 1971-ci il təvəllüdlü Cəfər Cəlilov naməlum səbəbdən vəfat edib.

İlkin müayinə zamanı onun ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir