Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının növbəti konfransı keçirilib.Konfransda AVP Sədri,Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov və AVP Təşkilat şöbəsinin müdiri Ülvi Bayramov iştirak ediblər.
Şəhidlərimizin xatirəsini sükutla yad etdikdən sonra konfrans öz işinə başlayıb.Giriş nitqi ilə çıxış edən Xidmət Orucov Fəzail Ağamalının salamlarını konfrans iştirakçılarına çatdıraraq onlara uğurlar arzuladığını bildirdi.Sonra Ülvi Bayramov Partiyanın son dövrlərdəki fəaliyyəti haqqında məlumat verdi.
Sonda təşkilati məsələlərə baxıldı.
Pərviz İman oğlu Mirizadə AVP Biləsuvar rayon təşkilatının yeni sədri seçildi.Niyazi Aslanzadə sədrin müavini,Elşən Sadıqov Gənclər Təşkilatının,Aygün Miriyeva Qadınlar Şurasının,İman Miriyev NTK-nın,Vahabəli Məsimov Məclisin sədri seçildilər.
Bununlada konfrans öz işinə yekun vurdu.

