Azərbaycanla ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına böyük töhfələr verəcək.

Baş səhifə

    Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bu gün bütün dünya dövlətləri arasında səmərəli, işgüzar münasibətlər  qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət prinsipləri əsasında  inkişaf etdirilir.  Hazırda  Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişafı edir.Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinin tamamilə dəyişdirir.Avropa İttifaqı hər zaman  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir  və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir.

   İyulun 18-də Azərbaycan  Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Avropanın enerji yol xəritəsini dəyişəcək. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına böyük töhfələr verəcək. 

    Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında  “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir” söyləyərək  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın  böyük nailiyyət olduğunu qeyd etmişdir. Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu imkanlara da  yönəldərək imzalanan sənəddə əsas məqamlardan birinin bərpaolunan enerji ilə bağlı olduğunu qeyd edib: “Bu gün qürur hissi ilə  işğaldan azad edilmiş ərazilərimizdə  geniş miqyas alan bərpa-quruculuq işlərindən  bəhs edirik. Həmçinin tarixi Zəfərimizin reallıqlarının qəbulu fonunda   dövlət başçısı İlham Əliyevin Fərmanı ilə   iqtisadi rayonların yeni bölgüsünün aparılmasını, Qarabağ və Şərqi Zəngəzur   iqtisadi rayonlarının yaradılmasını da qeyd etməliyik.  Hər bir rayon özünəməxsus  iqtisadi imkanlara malikdir. Onların potensialından səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur ki, bunlardan biri  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Qeyd edək ki,  Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə  həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur.

 

     Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz  hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevrildi. Bir çox dövlətlər, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlar artıq Azərbaycanı etibarlı strateji tərəfdaş kimi qəbul edir.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir