Şəkidə ağır qəza: Üç baş camışı vurandan sonra yoldan çıxan mikroavtobus ağaca dəydi – FOTO

Cəmiyyət

Şəkidə “Mercedes Vito” markalı mikroavtobus qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.

Qəzadan sonra avtomobil yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, üç baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir