Azərbaycanda turizmin böyük perspektivi var

Baş səhifə

 

Prezident İlham Əliyev 25 iyul 2022-ci ildə Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin edərkən   onlara öz tövsiyyə və tapşırıqlarını verib.

Prezident qeyd edib ki, Azərbaycanın çox böyük  perspektivləri  və  çox böyük potensialı var. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra  Azərbaycanın Qarabağ zonasında baş verən tarixi  ədalətsizliyə  son qoyduğumuzu, öz gücümüzlə tarixi ədaləti bərpa etdiyimizi, artıq bir  müzəffər xalq kimi ləyaqətlə yaşadığımızı qeyd edən prezident bildirib ki, ölkəmizdə bundan sonra da işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın.

Prezident yeni təyin olunan başçılara təşəbbüskar olmağı tövsiyyə edib. O deyib:”Siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları”.

Prezident bildirib ki, Azərbaycanda turizmin böyük perspektivləri var. Ona görə ki, ölkəmizin füsunkar təbiəti var. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir”.

Beləliklə, rayonların social-iqtisadi inkişafı ilə əlaqədar prezidentin əsas tövsiyyələrindən biri turizm sahəsi ilə bağlı olub. Prezident bildirib ki, son illərdə bu sahə ilə də bağlı  bir çox işlər görülüb,  rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib. Lakin bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər  Göygöl gölü də ictimaiyyət üçün açılmışdı. Müharibədən əvvəlki illərdə müvəqqəti olaraq  Göygöl gölünə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyildi. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra prezidentin tapşırığı ilə Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə insanların üzünə açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Dövlət başçısı bildirib ki, digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Lakin prezidentin göstərişi ilə Lerik  yolu əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Bundan sonra Lerik rayonuna da turizm axını başlandı. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var.

Sonda dövlət başçısı bir daha qeyd edib ki, Azərbaycanın başqa rayonları kimi Masallı,Lerik və Göygöl rayonlarının da  turizm potensialı çox zəngindir və yeni icra başçılarına bu potensialdan səmərəli şəkildə istifadə olunması üçün təşəbbüslər göstərməyi tövsiyə edib və tapşırıq verib.

YAP Salyan rayon Təşkilatının fəal üzvü,

Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir