Binəqədidə yol bərbad vəziyyətdədir – FOTO/VİDEO

Cəmiyyət

Binəqədi rayon sakinləri ərazidəki bərbad halda olan yolun düzəldilməməsindən narazıdırlar. 

Bu barədə Oxu.Az-a orada yaşayan vətəndaşlar bildiriblər.

Qeyd olunub ki, rayonun Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi, döngə 3-də yol bərbad vəziyyətdədir:

“Bu barədə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də bizə cavab verməyiblər”.

Sakinlərin müraciəti ilə bağlı Binəqədi RİH ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələnin həll edilməsi məqsədilə RİH tərəfindən aidiyyəti quruma rəsmi müraciət edilib:

“Məlumat üçün qeyd edək ki, qəsəbəyə asfalt örtüyünün çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına əlavə edilib. Tədbirlər Planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir