Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Statistika” ərazi partiya təşkilatında “İlham Əliyev – əbədi müstəqilliyimizin təminatçısı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi Liderə çevrilib. Ötən 19 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.
Tədbirdə çıxış edən “Statistika” ərazi partiya təşkilatının sədri Novruz Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaratmış və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratmışdır.
Digər çıxış edənlər vurğulayıblar ki, Prezident İlham Əliyevin xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, heç bir təhdid, heç bir hədə, heç bir təzyiqə baxmayaraq, bizim haqq işimizi, vətənimizin, ərazi bütövlüyümüzün bərpa edilməsində cəsur olduğu qədər də uzaqgörən, dünyəvi siyasəti bizə bu sevincləri yaşamağa imkan verir.



Səmil Şahlaroğlu
