Turizm işçilərinin peşə bayramlarının vaxtı dəyişdirildi

Siyasət

“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sentyabrın 19-da sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “sentyabrın 27-si” sözləri “sentyabrın 29-u” sözləri ilə əvəz edilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir