Oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinin qrup mərhələsinin ikinci gününün oyunları keçirilib.
Biləsuvar rayonunda J qrupu üzrə Biləsuvar, Salyan, Şirvan, Hacıqabul, Neftçala və Sabirabad komandaları mübarizə aparıb və Yeni Azərbaycan Partiyasının Salyan komandası J qrupunun qalibi olaraq Respublika üzrə 72 komanda arasından ilk 12-liyə yüksəlib.

