Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşüb. Binada güclü yanğın baş verib.
Məlumata görə, hadisə Yeysk şəhərində qeydə alınıb.
Təyyarənin Su-34 qırıcısı olduğu güman edilir.
Sosial şəbəkələrdə yayılan kadrlarda pilotun katapult etdiyi görünür.
Artıq Rusiya Müdafiə Nazirliyi Yeyskdə Su-34-ün qəzaya uğramasını təsdiqləyib. Nazirlikdən bildirilib ki, təyyarə təlim uçuşu zamanı havaya qalxarkən qəzaya uğrayıb.
İlkin məlumatlara görə, onun mühərriki uçuş zamanı sıradan çıxıb.
Qeyd edək ki, Yeysk aerodromunda 959-cu bombardmançı alay yerləşir.
Mənbə: Mash
