Xabarovskda evdə tək qalan dörd azyaşlı yanğında həlak oldu

Dünya

Rusiyanın Xabarovsk vilayətində baş verən yanğın nəticəsində 4 uşaq həlak olub.

Belə ki, Nanayski rayonunun Sinda kəndində gecə saatlarında yaşayış binasında yanğın baş verib.

İlkin məlumatlara görə, böyüklər tərəfindən evdə tək buraxılmış 4 azyaşlı hadisə nəticəsində həyatlarını itirib.

Faktla bağlı “ehtiyatsızlıqdan ölümə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb. 

Mənbə: İnterfaks