Prezidentin etimadını doğruldan – Sevindik Hətəmov

Baş səhifə

Siyasi fəaliyyətin istənilən məqbul formasının son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı şəxsiyyətlərin fəaliyyətində təsadüf olunur. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş isə özünü daha inamlı hiss edir.

Yaxın bir vaxtda rayon icra başçılarının həbsi bütünlükdə digər məmurların da gördüyü yaxşı işi, yaxşı təcrübəni kölgə altına salmış oldu. Bizdə dəfələrlə bu mövzuya toxunaraq daim bu xarakterdə olan insanları tənqid etməklə onları həmdə birinci şəxsə təqdim edənləri diqqətli olmağa səsləmişik. Və açıq etiraf etmək lazımdır ki, iş o yerə çatıb ki, artıq idarəçilikdə regional idarəetməyə keçidin reallaşacağı gün uzaqda olmaması hiss edilməkdədir.Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.Bu məmurlardanda biri Salyan rayon İcra Hakimyyətinin başçısı Sevindik Hətəmovdu

Hətəmov Sevindik Hacağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə “Güzdək” daş karxanasında direktor, 1999-2005-ci illərdə “Güzdək-Günay” firmasında direktor vəzifəsində işləyir, 2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır .Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Sevindik müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biridir. Təbii ki, ölkə rəhbərliyinin regionlarla bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaqda yerli icra strukturlarının səmərəli fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tam əminliklə demək olar ki, 2016-ci ildə rayonunun İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik bölgənin bütün sahələr üzrə inkişafında yeni mərhələ açmış oldu.

Salyan rayonunun icra başçısı Sevindik Hətəmov bu vəzifəyə təyinat aldıqdan sonra özündən əvvəlki dövrdə yığılıb qalmış çoxsaylı problemlərin həlli istiqamətində ciddi, əməli tədbirlərin həyata keçirilməsinə start verdi. Xüsusilə Sevindik müəllim gəldikdən sonra rayon sakinlərinin yaddaşında iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində ciddi irəliləyişlərlə yadda qalmışdır.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir. Salyanda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bu ada rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Sevindik Hətəmov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Sevindik Hətəmova uğurlar arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir