Konfrans Liqası: “Sivasspor” pley-offa vəsiqəni təmin etdi

İdman

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Türkiyənin türnirdəki təmsilçisi “Sivasspor” doğma meydanda Rumıniyanın ÇFR kollektivini qəbul edib.

Rəqibini 3 dəfə mərkəzə dəvət edən türkiyəlilər matçda üstün tərəf olublar – 3:0.

Bu nəticədən sonra komandanın növbəti mərhələyə çıxışı rəsmiləşib.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

A qrupu

“Harts” (Şotlandiya) – RFŞ (Latviya) – 2:1

B qrupu

“Vest Hem” (İngiltərə) – “Silkeborq” (Danimarka) – 1:0

E qrupu

“Dnepr-1” (Ukrayna) – “Apollon” (Limassol, Kipr) – 1:0

F qrupu

“Molde” (Norveç) – “Yurqorden” (İsveç) – 2:3

“Şemrok Rovers” (İrlandiya) – “Gent” (Belçika) – 1:1

G qrupu

“Balkani” (Kosovo) – “Slaviya” (Praqa, Çexiya) – 0:1

“Sivasspor” (Türkiyə) – ÇFR (Rumıniya) – 3:0

H qrupu

“Bazel” (İsveçrə) – “Jalgiris” (Litva) – 2:2

“Slovan” (Bratislava, Slovakiya) – “Pünik” (Ermənistan) – 2:1