Şirvan şəhər Mədəniyyət Mərkəzində Hüseyn Cavidin 140 illik yubleyi qeyd olunub.

Baş səhifə

Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Energetik”klubunun təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Cavid əbədi deməkdir”adlı tədbir keçirildi.Tədbirdə giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Nəmini Nəmidə çıxış edib.

Daha sonra Hüseyn Cavidin yaradıcılığı,lirikası və dramaturgiyası haqqında 18 nömrəli məktəbin müəllimi İbrahim Həssas geniş mövzuda çıxış edib.21 və 9 nömrəli tam orta məktəblərin şagirdləri şairin şerlərini söyləyiblər.“İblis” dramından iblisin monoloqu Akif Məmmədovun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

“Cavid Əfəndi”obrazını həvəskar aktyor Rövşən Babayev canlandırıb.

Səmil Şahlaroğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir