31 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Soçiyə səfəri çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlərin nəticəsi Azərbaycanın öz mövqeyini və prinsiplərini sona qədər müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısının Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, münaqişənin iki il öncə, Azərbaycan Ordusunun qələbəsi ilə həll olunduğunu vurğulaması, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan və aparılacaq müzakirələrin praktik müstəvidə həyata keçirilməsi vacib olan istiqamətlərini tərəflərin diqqətinə çatdırmaqla, siyasi və geosiyasi manipulyasiyaların heç bir təsir gücünə malik olmadığını bir daha diqqətə çatdırdı. Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşdə birmənalı şəkildə bəyan etdi ki, Qarabağla bağlı müzakirə olunmalı məsələ yoxdur. Paşinyan isə növbəti dəfə pozuculuq mövqeyindən çıxış etdi. Üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatda Qarabağla bağlı nüans yer almadı, “status”movzusu da yoxdur! Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib. Əvvəlcə Rusiya Prezidenti Paşinyanla görüşüb. Putin deyib ki, Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir, “Ona nə vaxtsa son qoyulmalıdır”. Putinin sözlərinə görə, rəsmi Moskva bu prosesi dəstəkləyir.
“Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə ilkin mövqelərə çəkilməsi üçün Rusiyanın aydın mövqeyi vacibdir”. Bu məntiqsiz açıqlamanı isə Nikol Paşinyan Putinlə görüşdə deyib. Sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində baş nazir qeyd edib ki, bu prosesin əvvəlində İrəvan dəfələrlə vurğulayıb ki, ilk növbədə, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsini artırmaq üçün mexanizmlər yaratmaq lazımdır. “Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya komissiyasının yaradılması özü sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Biz bu mövqeyi bölüşməmişik, lakin sonda strateji müttəfiqimiz olan Rusiyanın şərhinə bel bağlamaq qərarına gəldik”,-deyən Paşinyan sentyabrın 13- də Azərbaycan qoşunlarının sərhəddə irəlilədiyini və Ermənistan ərazisinə daxil olduğunu iddia edərək növbəti dəfə qeyri-konstruktiv mövqedən çıxış edib və pozuculuq yolunu tutub. “Məhz buna görə də Rusiyanın Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dən əvvəlki mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlı dəqiq mövqeyi Ermənistan üçün indi vacibdir”-Paşinyan iddiasını davam etdirib. Qeyd edim ki, ikitərəfli görüşdə qəribə hallar yaşanıb. Belə ki, Paşinyanın öz çıxışını vərəqdən oxuması erməni mediasında geniş yayılıb və müzakirələrə səbəb olub.Ziddiyyətli çıxışları ilə seçilən Paşinyan bu dəfə də iddia edib ki, Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır.N.Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur. Sərsəmləyən Paşinyan sonra bildirib ki, Ermənistan ərazisindən keçən kommunikasiyalar onun nəzarətində olmalı və ölkəsinin qanunlarına uyğun(məlumdur ki, Ermənistanda qanun yoxdur) işləməlidir və əldə olunan razılaşmaya Rusiya FTX-si nəzarət etməlidir kimi sərsəm fikirlər söyləmişdir.
Cənab Prezidentimiz İlham Əliyev Rusiyanın Prezidenti Putinin çıxışından sonra məntiqə, hüquq normalarına və beynəlxalq hüquqa əsaslanan çıxışında Rusiyalı həmkarına bildirmişdir ki, Biz sizinlə keçən ayda da bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub. Bu gün ki, görüş bizim regional məsələlərə həsr edilib, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyənnamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Bu cür görüşlər dəfələrlə keçirilib və hər dəfə normallaşma məsələsinə müsbət impuls verib. Azərbaycanla Ermənistan arasında münasibətlərin düzəlməsi əsasını təşkil edən Azərbaycan dövləti nisbətən yaxın vaxtlarda 5 əsas prinsip irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan daha sonra bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, məsələ iki il bundan əvvəl həll edilib, ona görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.
Cənab Prezidentimiz İlham Əliyev Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusilə vurğulamaqla üçtərəfli görüşdən öncə Rusiyanın Prezidenti Vladimir Putinlə görüşdə qəti mövqeyini ifadə etmiş və NİDALI MÖVQEYİ ilə Xankəndində oynalınan oyunlara məhəl qoymadığını, rəsmi Bakı üçün Qarabağ münaqişəsi adlı problemin olmadığını bəyan etmişdir.
Cənab Prezidentimizin Rusiyanın dövlət başçısı ilə keçirilən görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın öz əraziləri üzərindəki suveren hüquqları, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması ilə bağlı mövqeyinin dəyişməyəcəyini, dünyadakı, regiondakı dəyişən geosiyasi reallıqların temporitminə uyğun olaraq davranışlar sərgiləməyə çalışan bəzi dairələrin arzu və istəklərinin Azərbaycan xalqı dövlətinin iradəsi qarşısında heç bir önəm daşımadığını birdaha diqqətə çatdırdı.
2 saat davam edən üçtərəfli Soçi görüşündə bəyanat qəbul edilib. Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində əldə etdiyi uğur ondan ibarətdi ki, bu bəyanatda Qarabağla bağlı nüans yer almayıb,”status”məsələsi də yoxdur və Azərbaycanın uğurlu və zamanı qabaqlayan siyasətinin qələbəsi ondan ibarət oldu ki, Soçi bəyanatında maddələrdən biri: ”Qarabağla məsələlər Azərbaycanın daxili işləridir” maddəsi oldu.
Səlimağa Səlimli. Azərbaycan Respublikasının Əməkdar Müəllimi.
Salyan rayon Şəkərli kəndi. YAP fəalı
