Britaniya XİN rəhbəri: “İran və Rusiya bütün dünyada qan axıdır” – FOTO

Dünya

“İran və Rusiya bütün dünyada qan axıdır, dağıntılar törədir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu dövlətlərin qlobal təhlükəsizliyə yaratdığı təhdid heç olmadığı qədər ciddi xarakter alıb.