Rusiya kuboku matçında kütləvi dava: 6 qırmızı kart göstərildi – VİDEO

İdman

“Zenit” və “Spartak”ın futbolçuları Rusiya Kubokunun qrup mərhələsinin son tur matçında kütləvi dava salıblar.

Sankt-Peterburqda keçirilən görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Zenit” qalib gəlib – 4:2.

İkinci hissənin sonunda Vilmar Barrios “Spartak”dan Şamar Nikolsona qarşı kobudluq edib və sarı vərəqə alıb. Bu, artıq hər iki komandanın futbolçularının bu görüşdə qazandıqları 10-cu xəbərdarlıq olub.

Final fiti səslənəndən sonra Barrios və Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib. Hər iki komandanın oyunçuları, o cümlədən əvəzedicilər, həmçinin məşqçilər və təhlükəsizlik işçiləri münaqişəyə qoşulublar.

Futbolçuları çətinliklə ayırıb meydandan uzaqlaşdırmaq mümkün olub. Nəticədə, hər iki komandadan 6 futbolçuya qırmızı vərəqə göstərilib.

Mənbə: rbc.ru