Əfqanıstanda sərnişinlə dolu avtobus partladılıb: Azı yeddi nəfər həlak olub – FOTO

Dünya

Əfqanıstanın Məzari-Şərif şəhərində partlayış törədilib.

Yerli mətbuat yazır ki, sərnişin avtobusunda partlayıcının işə düşməsi nəticəsində azı yeddi nəfər həyatını itirib, 10-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hələlik partlayışın hansı qruplaşmanın üzvləri tərəfindən törədildiyi məlum deyil.

Mənbə: Aamaj News