ABŞ-nin Ermənistandakı səfiri Rusiyadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə təsdiqləndi

Dünya

ABŞ Senatı Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib. Diplomat təsdiqlənmək üçün kifayət qədər səs toplayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden hələ sentyabr ayında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.

Xatırladaq ki, bunadək o, ABŞ-ın Ermənistandakı səfiri kimi çalışıb.

Mənbə: TASS