Dekabrın 25-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə ümumilikdə 2 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 6 mərkəzdə keçirilib.
Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.
Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

