ABŞ BƏƏ və Səudiyyə Ərəbistanındakı şirkətlərə yarımkeçiricilərin satışını təsdiqləyib

Baş səhifə
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanındakı şirkətlərə yarımkeçiricilərin satışını təsdiqləyib

ABŞ Ticarət Departamenti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanındakı şirkətlərə ən müasir Amerika yarımkeçiricilərinin satışına icazə verib.

“Report”un məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Sənədə əsasən, ABŞ Ticarət Nazirliyi Səudiyyə Ərəbistanı və BƏƏ-dəki iki şirkətə 35 min “Nvidia Blackwell” çipinə ekvivalent olan qabaqcıl Amerika yarımkeçiricilərinin ixracına icazə verib.

Departament qeyd edib ki, bunlar Əbu-Dabidə yerləşən “G42” və Səudiyyə Ərəbistanının Humain şirkətidir. Şirkətlər süni intellekt texnologiyaları inkişaf etdirir.

ABŞ Ticarət Departamenti hesab edir ki, bu icazə ölkənin süni intellektlə bağlı inkişaflar da daxil olmaqla texnologiya sektorunda dominant mövqeyini saxlamağa kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir