ABŞ-da dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEO

Dünya

ABŞ-ın Pensilvaniya ştatında yağan güclü qar yolların buz bağlamasına səbəb olub. Görmə məsafəsi demək olar ki, sıfıra enib.

Magistral yolda yük maşınları sürətlərini azalda bilməyib və qarşıdakı maşınlara çırpılıblar.

Nəticədə 50 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, 3 nəfər həlak olub.

Bəzi sürücülər qəza törətməmək üçün avtomobillərini yoldan çıxarıblar.

Əraziyə onlarla polis və yanğınsöndürmə briqadası cəlb olunub. Zəncirvari qəza səbəbiylə şosedə nəqliyyatın fəaliyyəti uzun müddət dayanıb.

Mənbə: TRT Haber

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir