ABŞ prokuroru aprelin 26-da məhkəmə heyətinin üzvləri ilə keçirilən iclasda İrana casusluq edən Aleks Səəbi terror aktı hazırlamaqda və proqram təminatı üzrə mütəxəssisin əslində 2000-2005-ci illərdə terror hücumları üçün ABŞ-ın əsas əhəmiyyətli yerləri barədə məlumat topladığını deyib.
Baş prokurorun köməkçisi Samuel Adelsberq Nyu-Cersidə yaşayan ikili vətəndaşlığı olan 45 yaşlı Aleks Səəbin “Hizbullah” terror təşkilatına işlədiyini və İranın hədəf alınacağı halda ABŞ-ın əhəmiyyətli obyektlərinə hücum etməyə hazırlıq gördüyünü bildirib.
“O, gündüzlər kompüter mühəndisi kimi işləyib, texnologiya şirkətlərində çalışıb və ABŞ vətəndaşlığını qazanıb. Ancaq gecələr Nyu-York, Boston, Vaşinqton və hətta Fransa, Çexiya və Türkiyədə potensial terror hədəflərini müəyyən etməyə çalışan terrorçu olub”, – deyə prokuror köməkçisi bildirib.
www.102info.az
