
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu ilə səyahət edən
şəxslər üçün viza verilməsini təcili şəkildə dayandırıb.
Trend xəbər verir ki, bu
barədə qurumun bəyanatında deyilir.
<!—->
<!––>
Bildirilir ki, Departament ABŞ-ın milli təhlükəsizliyini və
ictimai təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları
atır.
Qeyd edək ki, bu addım əfqan əslli şəxsin Vaşinqtonda Milli
Qvardiyanın iki əsgərini güllələməsindən sonra atılıb.
