ABŞ və Yaponiya rəhbərləri telefon danışığı aparıblar

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Baş naziri Sanae Takaiçi bu həftənin əvvəlində ABŞ
Prezidenti Donald Trampla telefon danışığı zamanı Tokio və Pekin
arasındakı münaqişənin həllini müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.


<!—->
<!––>

Məlumata əsasən, telefon danışıq Yaponiya baş nazirinin Tayvan
və Çinin onlara kəskin reaksiyası ilə bağlı açıqlamalarından sonra
baş verib.

Agentliyin Yaponiya hökumətindəki mənbələrinə əsasən, Takaiçi və
Tramp Tokio ilə Pekin arasında gərginləşməkdə davam edən diplomatik
münaqişənin həlli üçün birgə işləmək imkanlarını müzakirə
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir