Abşeronda nə qədər ərazi kanalizasiya sistemi ilə təmin edilməyib? – RƏSMİ

Cəmiyyət

“Abşeron Yarımadasının 70 faizi kanalizasiya sistemi ilə təmin edilməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin mərkəzi hissəsi tullantı su sistemi ilə təmin edilib:

“Sumqayıt və Xırdalan şəhəri, Mərdəkan, Şüvəlan və Buzovnada nisbətən tullantı su sistemi ilə təmin edilib”.

O qeyd edib ki, ASC-nin sifarişi ilə Xəzər dənizinin sahilindəki, eləcə də ölkənin digər şəhər və rayonlardakı yaşayış məntəqələrində formalaşan tullantı sularının qüvvədə olan normativlərə uyğun təmizlənərək kənarlaşdırılması istiqamətində layihələr hazırlanıb.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir