Abşeronda tələbə qız YOXA ÇIXDI

Cəmiyyət

Abşeronda itkin düşən gənc qız axtarılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin IV kurs tələbəsi Lamiyə Binnətova itkin düşüb.

Qeyd edilib ki, o, aprelin 1-i universitetdən çıxıb və naməlum istiqamətdə gedərək geri qayıtmayıb.

Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir