Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə “Report” FHN-dən məlumat verilib
13:03
Xırdalanda ev yanır.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
