Adil Əliyev Milli Məclisdə vətəndaşları qəbul edib

Cəmiyyət

Bu gün Milli Məclisdə vətəndaşların qəbulunu həyata keçirtdim. Ölkəmizin ayrı-ayrı rayon və şəhərlərindən müraciət etmiş şəhid ailələrinin, qazilərin, habelə ayrı-ayrı vətəndaşların qəbulu zamanı, onlar tərəfindən qaldırılmış sosial, iqtisadi və məişət problemlərin bir hissəsi yerindəcə dərhal aradan qaldırıldı. Xüsusi karantin rejiminin şərtlərinə riayət edərək, təşkil edilmiş qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərlə əlaqədar aidiyyəti qurumlara məktublar hazırlandı.
Qəbulda iştirak edən vətəndaşlar qəbulların təşkilinə, ərizə və müraciətlərinə operativ yanaşılmasına, eləcə də qəbulda iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir