Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir

Cəmiyyət

Xalq artisti Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir.

Bu barədə Xalq artisti Ağadadaş Ağayev və A.Bəşirqızı “Günün sədası” verilişində danışıblar:

Aparıcı Nanə Ağamalıyeva A.Bəşirqızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib. Verilişdə qonaq olan Xalq artisti Ağadadaş Ağayev də bunu təsdiqləyib. 

“Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, ağır əməliyyatlar keçirib”, – A.Ağayev deyib.

“Ən böyük arzum idi ki, Ağadadaş salamat ayağa qalxsın. Biz eyni vaxtda xəstələndik, eyni diaqnoz qoyuldu. Ən böyük arzum idi ki, o, salamat gəlsin və efirə bir çıxaq”, – Afaq Bəşirqızı qeyd edib. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir