Ağcabədidə itə işgəncə verənlər cəzalandırıldılar – VİDEO

Cəmiyyət

“Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində itlə rəhimsiz rəftar edən iki nəfər şöbəyə dəvət edilib”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin şəxslərdən biri yeniyetmədir:

“Yetkinlik yaşına çatmayan şəxslə valideynlərinin iştirakı ilə profilaktiki söhbətlər aparılıb. Digər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə əsasən inzibati qaydada protokol tərtib olunub”.

Qeyd edək ki, Ağcabədi rayonunda itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir