Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam – Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi “LiuGong” markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb.
Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az
