Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb

Cəmiyyət

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq əvvəlcə yol kənarındakı hasara dəyərək aşıb.

Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Azər Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir