Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edib.
Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Yeni məhdudlaşdırıcı tədbirlərə aşağıdakılar daxildir:
Ukraynadakı vəziyyətlə bağlı Kremlin təbliğatını dəstəkləyən əsas oliqarxlara, lobbiçilərə, həmçinin aviasiya, hərbi və ikili istifadə, gəmiqayırma və maşınqayırma sektorlarında əsas şirkətlərə qadağalar;
Neft və enerji sektorlarına investisiya qoyuluşuna məhdudiyyətlər;
Rusiyaya lüks malların ixracına qadağa;
Polad və dəmir məmulatlarının idxalına məhdudiyyətlər;
Rusiyanın hər-hansı şəxs və ya qurumuna kredit reytinqi xidmətlərinin göstərilməsini, habelə onların kredit reytinqi fəaliyyəti ilə bağlı hər-hansı abunə xidmətlərinə çıxışını qadağan etmək.
Qeyd edək ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı ümumilikdə dördüncü sanksiyalar paketi tətbiq edib.
Mənbə: Europa.eu
www.102info.az
