AİB Azərbaycanda KOB inkişafının icmalını təqdim edib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda mikro, kiçik və orta
biznesin (KOB) və onun məşğulluq səviyyəsinə təsirini, eləcə də
özəl sektorun inkişafını stimullaşdıran sektorların hərtərəfli
icmalını ehtiva edən “Asiyada kiçik və orta biznesin monitorinqi
2025” (ASM2025) adlı hesabatını təqdim edib.

Trend hesabata
istinadən xəbər verir ki, 2023-cü ilin sonuna olan məlumata görə,
Azərbaycandakı bütün müəssisələrin 99,7 faizini KOB təşkil edib. Bu
da 2022-ci illə müqayisədə 6,2 faiz çoxdur. Ölkədə ümumilikdə 401
149 KOB fəaliyyət göstərib, onların 97,0 faizi mikrosahibkarlıq,
2,1 faizi kiçik sahibkarlıq, 0,8 faizi isə orta sahibkarlıq
subyektləri olub.

Xidmət sektoru KOB arasında üstünlüyünü qoruyur, xüsusilə də
topdan və pərakəndə ticarət (32,2%), yerləşdirmə və ictimai iaşə
(35,7%), nəqliyyat və anbar təsərrüfatı (19,5%) sahələri üzrə.
Sahibkarlıq subyektlərinin regional bölgüsü sabit qalıb: KOB-ların
49,1 faizi Bakıda, 50,9 faizi isə ölkənin regionlarında fəaliyyət
göstərir.


<!—->
<!––>

2020-ci ildən bəri müşahidə olunan yavaşlamadan sonra, 2023-cü
ildə KOB sektorunda məşğulluq 5,6 faiz artaraq 390, 845 nəfərə
çatıb ki, bu da ümumi məşğulluğun 44,0 faizini təşkil edir (2022-ci
ildə bu göstərici 41,8 faiz idi). Sayca az olsa da, orta
sahibkarlıq subyektləri KOB sektorunda məşğulluğun ən böyük payına
– 59,0 faizinə malikdir. Kiçik sahibkarlıq subyektləri 28,2 faiz,
mikro sahibkarlıq subyektləri isə məşğulluğun 12,8 faizini təmin
edir.

KOB sektorunda çalışanların əksəriyyəti xidmət sahəsindədir –
30,1 faizi digər xidmətlərdə, 17,0 faizi topdan və pərakəndə
ticarətdə işləyir. Onlardan sonra sənaye və tikinti sahələri gəlir
– hər biri ümumi məşğulluğun 14,2 faizini təşkil edir. 2023-cü ildə
Bakıda KOB məşğulluğunun payı bir qədər artaraq 64,2 faizə
yüksəlib, regionlarda isə bu göstərici 35,8 faiz olub.

KOB sektorunda qadınların payı da artaraq 2023-cü ildə 28,1
faizə çatıb (2022-ci ildə 27,6 faiz idi).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir