“Air France” aviaşirkəti “Airbus” təyyarələrindəki problemlərə görə 35 reysi ləğv edib

Baş səhifə
Air France aviaşirkəti Airbus təyyarələrindəki problemlərə görə 35 reysi ləğv edib

Fransanın milli “Air France” aviaşirkəti 28 noyabrda “Airbus” tərəfindən istehsal olunan “A320” təyyarələrində yaranan problemlərə görə 35 reysi ləğv edib.

“Report” xəbər verir ki, bu barədə BFMTV aviaşirkətin bəyanatına istinadən məlumat yayıb.

“Ləğvdən təsirlənən müştərilər birbaşa elektron poçt vasitəsilə məlumatlandırılacaqlar”, – telekanal “Air France”ın açıqlamasından sitat gətirib.

Şirkətin məlumatına görə, 29 noyabrda ləğv ediləcək reyslərin dəqiq sayı sonradan açıqlanacaq.

Daha əvvəl “Airbus” Günəş radiasiyasının uçuş idarəetmə üçün həyati əhəmiyyət daşıyan məlumatlara mənfi təsir göstərdiyini aşkar etdiyini bildirmişdi. İstehsalçı “A320” seriyalı təyyarələrin proqram təminatını təcili yeniləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir