Almaniya klubunun 16 yaşlı futbolçusu Cud Bellinqemin rekordunu qırıb

Baş səhifə
Almaniya klubunun 16 yaşlı futbolçusu Cud Bellinqemin rekordunu qırıb

Almaniyanın II Bundesliqa təmsilçisi “Herta”nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxorn İspaniyanın “Real” klubunda çıxış edən Cud Bellinqemin rekordunu qırıb.

“Report” “Opta”ya istinadən xəbər verir ki, yeniyetmə futbolçu bunu Almaniya Kubokunun 1/8 final mərhələsində, öz meydanında “Kayzerslautern”i (6:1) məğlub etdikləri matçda reallaşdırıb.

K.Ayxorn II Dünya Müharibəsindən sonra Almaniya Kubokunda qol vuran ən gənc futbolçu olub. O, bunu 16 yaş 128 günlüyündə olarkən edib.

Qeyd edək ki, C.Bellinqem bu uğura 17 yaş 77 günlüyündə nail olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir