Amerikalı konqresmenlər Kiyevə səfər etdilər – FOTO

Dünya

ABŞ Konqresinin respublikaçı senatoru Stiv Deyns və Nümayəndələr Palatasının üzvü Viktoriya Sparts Kiyevə, həmçinin Ukrayna paytaxtının ətrafındakı bölgələrə səfər ediblər.

Onlar fevralın 24-də Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlamasından bu yana Ukraynaya səfər edən ilk ABŞ rəsmiləri olublar.

“Əslində burada olmağı, olanları öz gözlərinizlə görməyi, müharibədən əziyyət çəkən insanlar və liderlərlə vaxt keçirməyi heç nə əvəz edə bilməz. Ümid edirəm ki, səfərimiz daha çox ABŞ rəsmisini və liderlərini gəlib Ukrayna xalqını dəstəkləməyə təşviq edəcək”, – deyə S.Deyns bildirib.

Qeyd olunur ki, S.Deyns və V.Sparts Ukrayna hakimiyyəti tərəfindən dəvət olunub. Amerikalı parlamentarilər Kiyevdən əlavə Buça və Borodyankaya da səfər ediblər.

Mənbə: The New York Times

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir