ZATİ-ALİLƏRİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM İLHAM ƏLİYEV

Ana Vətən Partiyası

Мöhtərəm, Cənab prezident!

Böyük məmnuniyyətlə, Sizi xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə Ulu Tanrıdan möhkəm can sağlığı, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Humanizm, saflıq və bərəkət rəmzi olan Novruz bayramının gəlişi müstəqillik əldə etdikdən sonra dövlətimiz və xalqımız tərəfindən böyük sevinclə qeyd olunmaqdadır. Novruz bayramının dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd edilməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Мöhtərəm, Cənab prezident!

Təbiətin oyandığı, ruhumuzun təzələndiyi bayram günlərində ölkəmiz xalqımıza bəxş etdiyiniz yeni-yeni uğurların sevincinin xoş duyğuları içərisindədi. 200 ildən bəri köləsi olduğu dövlətlərin hərtərəfli köməyi və himayəsilə tarixi torpaqlarımızı işğal edib qondarma, saxta, kökü və ənənəsi olmayan “dövlətini” yaradan ermənilik və erməni faşizmi üzərində əldə etdiyiniz möhtəşəm qələbə Sizi əbədi olaraq Azərbaycan tarixinə və millətimizin qan yaddaşına Xilaskar, Müzəffər və Qalib sərkərdə kimi həkk etdirdi. Siz xalqımızın zədələnən milli qürurunu və ləyaqətini özünə qaytardınız 50 milyonluq azərbaycanlının Ulu Öndərimiz qədər əbədi liderinə çevrildiniz. Zəfərimizdən ötən qısa zaman kəsiyində erməni vandalları tərəfindən yerlə bir edilən yaşayış məskənlərimizdə başladığınız və böyük uğurla davam etdirdiyiniz quruculuq və bərpa işləri dövlətimizin və onun rəhbəri kimi Sizin gücünüzün parlaq ifadəsi kimi xalqımız tərəfindən yüksək qiymətləndirilməkdədir.

Мöhtərəm, Cənab prezident!

Sizi Ana Vətən Partiyasının bütün üzvləri, şəxsən öz ailəm adımdan bir daha Novruz bayramı münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, yaz ətrinin duyulduğu bu bayram günlərində yüksək əhval-ruhiyyə, şərəfli və çətin fəliyyətinizdə yeni-yeni uğurlar, şəxsi həyatınızda xoşbəxtlik, sevincli günlər, aylar, illər diləyirəm.

Uca Yaradan Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Milli Məclisin deputatı

Fəzail Ağamalı prezidentə bayram təbriki ünvanlayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir