“Araz-Naxçıvan”ın əsas komandası üçün hakimlik məsələləri ilə bağlı seminar təşkil olunub

Baş səhifə
Araz-Naxçıvanın əsas komandası üçün hakimlik məsələləri ilə bağlı seminar təşkil olunub

“Araz-Naxçıvan” futbol klubunun əsas komandası üçün hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar təşkil olunub.

Naxçıvan təmsilçisindən “Report”a verilən məlumata görə, tədbirdə AFFA Hakimlər Departamentinin mütəxəssisi, keçmiş FİFA referisi Orxan Məmmədov, komandanın futbolçu və məşqçi heyəti iştirak ediblər.

Komitə təmsilçisi hakimlik və oyun qaydaları haqda danışıb, bu mövzuda sualları cavablandırıb, videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib, eyni zamanda epizodlarla bağlı müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir