Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bu gün emosional şəkildə məhkəmə iclasından çıxarılmasını tələb edib.
O qeyd edib ki, sağlamlıq durumuna görə prosesdə iştirak etmək onun üçün çətindir.
“Ümid edirəm, hakim məni məhkəmə zalından çıxaracaq, onun buna hüququ var”, – deyə o bildirib.
Həkimlərin səhlənkarlığından bəhs edən keçmiş prezident məhkəmədən özbaşınalığa son qoyulmasını tələb edib.
“Mənə ömürlük həbs cəzası verin, ancaq özbaşınalığa son qoyun. Məni ələ salmağınız, işgəncə verməyiniz yetər!” – deyə A.Atambayev bildirib.
Mənbə: Sputnik Qırğızıstan
www.102info.az
