Avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb

Cəmiyyət

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Xudat şəhəri ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir