Azərbaycan–ABŞ münasibətlərində yeni era: Bakı beynəlxalq ekspert mərkəzinə çevrilir

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilmiş Azərbaycan–ABŞ Beyin Mərkəzləri Forumu iki
ölkə arasında ekspert dialoqunun institusional səviyyəyə keçdiyini
göstərən mühüm hadisədir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev
deyib.

O qeyd edib ki, bu, həm Azərbaycan diplomatiyasının yumşaq güc
alətlərini gücləndirməsi, həm də ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi
Asiyaya yönəlik yeni regional strategiyasının daha açıq şəkildə
formalaşması fonunda baş verir.

“Forumun mövzusu – “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə
Azərbaycan–ABŞ dialoqu” – iki əsas elementə istinad edir.
Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin açılması və Qlobal
və regional proseslər fonunda tərəfdaşlığın strateji xarakter
almasıdır.


<!—->
<!––>

8 avqustda Azərbaycan və Ermənistan arasında razılaşmaların
imzalanması regionda ilk dəfə real və dayanıqlı sülhün mümkünlüyü
ilə bağlı ciddi optimizm yaradıb. ABŞ ekspertlərinin fikirləri də
göstərir ki, Vaşinqton bu prosesin aparıcı vasitəçilərindən biri
olmaq istəyir. Forumda ən çox vurğulanan trendlərdən biri
Azərbaycan–Mərkəzi Asiya inteqrasiyasının güclənməsidir. ABŞ artıq
yalnız C5+1 formatı ilə kifayətlənmək niyyətində deyil.
Azərbaycanın bu arxitekturada mühüm həlqə kimi inteqrasiyası
qaçılmazdır. Azərbaycan burada enerji, logistika, tranzit və
diplomatik körpü rolunu oynayır. Bu, həm də Azərbaycanın oyun
meydanında rolunu artırır. Çünki Azərbaycan enerji dəhlizlərinin
əsas operatorudur, Zəngəzur dəhlizi əvəzinə daha geniş alternativ
modellər təklif edir, Orta Dəhlizin əsas hissəsidir.”

Politoloq qeyd edib ki, son illərdə baş verən hadisələr – Cənubi
Qafqazda 44 günlük müharibədən sonrakı yeni reallıq, Ermənistan və
Azərbaycanın sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri,
həmçinin ABŞ-nin Mərkəzi Asiyaya yönəlik siyasətinin yenilənməsi –
regionda böyük güclərin fəallığını artırıb.

“Bu forum ABŞ-nin Cənubi Qafqazdakı proseslərə marağının
artmasının və Azərbaycanla əməkdaşlığın daha strukturlaşdırılmış
modelə keçməsinin göstəricisidir. Eyni zamanda tədbir Azərbaycanın
beynəlxalq analitik platforma kimi güclənən rolunu təsdiqləyir.
Bakı artıq təkcə enerji və logistika mərkəzi deyil, həm də
beynəlxalq ekspert şəbəkələrinin əlaqə nöqtəsinə çevrilir. Bu forum
yalnız fikir mübadiləsi meydanı deyil, həm də gələcəkdə daha böyük
analitik konfranslar, birgə layihələr, ortaq araşdırmalar və
siyasət tövsiyələri üçün institusional baza rolunu
oynayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir