Azərbaycan Avrasiya materikinin nəqliyyat lojistika platformasıdır.

Baş səhifə

 

Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra regionda yeni bir siyasi nizam yaradıb. Regionda geoisiyasi dəyişiklər Avrasiyanın nəqliyyat xəritəsinin dəyişməsinə, Avropa ilə Asiyanı birləşdirən bir nəqliyyat habı yaradıb. Həmçinin yeni bir geoiqtisadi sistem formalaşdırıb. 

Azərbaycan artıq Xəzər regionunda nəqliyyat, lojistik mərkəzdir və müasir dünyada bu imkalnlara sahib olan ölkə dünyanın siyasi xəritəsinin formalşamasında iştirak edir. Azərbaycan Avrasiya materikində dünyanın böyük gücləri ilə eyni platformada yer alır. Məhz Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keşirilən konfransına Azərbaycanın dəvət edilməsi, ölkəmizin siyasi-iqtisadi inkişafının göstəricisidir. Sentyabrın 16-da Türk yurdu olan Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə cənab prezidentin çıxışı regional və beynəlxalq konteksdə xüsusi əhəmiyyət kəsb edir. Cənab prezident İlham Əliyev Xəzər dənizində mülki yük donanmanın, regionda ən böyük yük təayyarələrinin olmasını, həmçinin nəqliyyat yollarına mailk olması regional iqtisadi inteqrasiyada mühüm rol oynacağını və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələri ilə bütün parametrlərlə əməkdaşlıq platformasına töhfə verəcəyini qeyd etdi.

Xəxər dənizində Gəmiqayırma zavodunun imkanlarını vurğulması və regionda dənizdə yük daşımları üçün yük gəmilərinin inşası istiqamətində heç bir probelm olmayacağı mesajını verdi.

Bundan əlavə, cənab prezident Azərbaycanın lojistik imkanlarının statiskasını qeyd etməklə, ölkəmizin potensialını ortaya qoydu. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikolmasını vurğuladı.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

Göründüyü kimi bütün parametrlərlə ölkəmizin inkişafı və perspektivləri bu təşkilatın inkişafına mühüm töhfələr verə bilər.Bu gün Prezident İlham Əliyevə dünyada böyük inam, böyük etimad var. Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Zəngəzur dəhlizinin açılmasını və bunun perspektivləri bu konfransda iştirakçı ölkələrin nəzərinə çatdırıldı. Və bu nəqliyyat lojistika sahəsində Qərblə Şərqi birləşdirən əsas nəqliyyat habı olacaq. Əminliklə deyə bilərik ki, Şimal-Cənub və Şərq -Qərb nəqliyyat dəhlizinin fəaliyyəti Azərbaycanın Avrasiya materikində nəqliyyat və lojistik mərkəz olacağını və bu da ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına səbəb olacaq.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq siyasi qələbələrə imza atıb. Ona görə də bu gün dünya dövlətləri, beynəlxalq qurumlar Azərbaycanla sıx əməkdaşlıq edir, dövlətimizin siyasi proseslərdəki rolunu yüksək qiymətləndirirlər.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə 

ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir